Parakontakt

Əsas

Akril kopolimer

İncəltici

Polimerləşdirilmiş qətran

Rəng

Qatı maddə

% 83 +/- 1

Yoğunluq (200 С-də)

1,81+/- 0,01 gr / ml

Sərfiyyat

1,2-1,8 m2 / lt

Quruma müddəti (250 С-də)

Tam quruma – 24 saat

Saxlanma müddəti

2 il

Dolum

15 Lt

İstehsalçı

Gold Fix

Xüsusiyyətləri

Gold Fix tekstura qrupuna aid Para kontakt. Modifikasiyalı polimerləşdirilmiş, qətran əsaslı, hamar beton səthlərdə, divarlarda və tavanlarda sement və xüsusi ilə gips əsaslı suvağın (sıva) səthlərə yapışma müqavimətini və dözümlülüyünü artıran astardır.

İstifadə qaydaları

Səthin hazırlanması. İstifadə olunan səthlərin sağlam, quru, dözümlü, tozsuz, təmiz və ölçülərin düzgün olmasına diqqət yetirilməlidir. Səth yapışma müqavimətini zəiflədən bütün növ yağ, pas və parafin qalıqlarından tamamilə təmizlənməli və xırda qırıntılar qalmamalıdır.

Qarışığın hazırlanması. 10 kq-lıq PARAKONTAKT məhsulunu xüsusi vedrə içərisinə tökün və onun üzərinə məhsulun kütləsinin 1%-i qədər su əlavə edin. Bircinsli məhlul əldə edilənədək 400-600 dövr/dəqiqəlik bir qarışdırıcı ilə 3-5 dəqiqə qarışdırın.

Tətbiqi. Qarışdırılmış və istifadəyə hazır hala gətirilmiş məhsulu vərdənə ilə əvvəlcədən hazırlanmış səthə çəkin. PARAKONTAKT çəkildiyi səthin suyunu sürətlə özünə çəkdiyindən istifadədən əvvəl səthin suyu özünə çəkmə qabiliyyəti yoxlanılmalıdır. PARAKONTAKT çəkilmiş səthlərə sement və xüsusilə alçı əsaslı suvaqların vurulmasına məhsulun qurumasından 24 saat sonra başlamaq olar.

Tövsiyələr. PARAKONTAKT məhsulunun istifadə olunduğu səthin tempraturu +50C-dən aşağı və ya +300C-dən yuxarıdırsa, lazımi temperatur təmin olunmalıdır. Xarici səthlərdə istifadə olunmamalıdır. Həm istifadə müddətində, həm də sonra astarın təmiz saxlanılması vacibdir. PARAKONTAKT rütubət nisbətinin yüksək olduğu mühitlər üçün münasib deyildir (məsələn: hamam, sauna, üzgüçülük hovuzları və s.). İstifadə zamanı məhsul müntəzəm olaraq qarışdırılmalıdır

Qanunvericilik Məlumatları

“Təhlükəli Kimyəvi maddələr haqqında qaydalara” və Avropa Birliyinin 19999/45/EC saylı Direktivinə görə məhsul hər hansı bir siniflənməyə daxil edilməyib.

R 22

Udulduğu halda sağlamlığa ziyanlıdır

R 43

Dəri ilə təmasdan allergiya verə bilər

S 2

Uşaqların əlləri çatmayan yerdə saxlayın

S 24/25

Göz və dəri ilə təmasdan qoruyun

S 45/46

Udulduğu halda dərhal həkimə müraciət edilməli, məhsulun qabı və ya etiketi göstərilməlidir